Menu

Mourinyo Okan Buruku yerə yıxıb - VİDEO

03.04.2025, 00:36
Mourinyo Okan Buruku yerə yıxıb - VİDEO

Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Gərgin keçən qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Görüşün sonlarına doğru "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Belə ki, təcrübəli mütəxəssis "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruka fiziki müdaxilə edib. Portuqaliyalı onun burnunu sıxıb.

Həmin kadrları sizə təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol