Moskvada maliyyə şirkətlərindən birinin rəhbəri intihar edib.
AzPolitika.info-nun məlumatına görə, 68 yaşlı biznesmen İvan Şervanidzenin intihar görüntüləri Moskvadakı "Nasional" mehmanxanasının təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kamera görüntülərindən aydın olur ki, biznesmenin əlində tutduğu paketdə 9 mm kalibrli italiyan istehsalı olan "Lyuger" tapançası olub.
Atəş səslərinə gələn mehmanxananın işçiləri təcili olaraq polisə müraciət ediblər.
Özünü öldürən biznesmenin üstündən intihar məktubu tapılıb. Həmin məktubda o, cəsədinin yandırılaraq küllərini Qara dənizə səpilməsini istəyir. Biznesmen musiqi avadanlıqlarının satışı il məşğul olub.


Şərhlər