ABŞ Prezidenti Donald Tramp 5 milyon dollar ödəyən xarici investorlara vətəndaşlıq verən qızıl kartı ilkd dəfə təqdim edib.
Üzərində öz şəkli olan qızıl kartı kameralara göstərən Tramp ilk alıcı olacağını açıqlayıb.
Tramp iki həftədən az müddətdə təqdim edilməsi gözlənilən kartın 5 milyon dollar dəyərində olacağını və iki həftədən az müddətdə ictimaiyyətə təqdim ediləcəyini deyib.
Qeyd edək ki, ABŞ qızıl kartı xarici investorların müəyyən məbləğdə sərmayə qoyaraq ABŞ-da rezidentlik və vətəndaşlıq əldə etmələrinə yol açan proqramdır. Yəni, qızıl karta sahib olan şəxslər ABŞ vətəndaşlığı ala biləcəklər.
“AzPolitika.info”


Şərhlər