Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Embawood” MMC-yə cərimə protokolu tərtib edib.
Buna səbəb şirkətin qüsurlu malın geri qaytarılmasından imtina etməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil etməsidir.
Belə ki, agentlik “Embawood” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2 və 447.0.9-cu maddələrinə əsasən cərimə protokolu tərtib edib.
Qeyd edək ki, sözügedən maddələrə uyğun olaraq satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.


Şərhlər