Menu

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb

06.04.2025, 09:29
ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.

Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.

Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol