İ.ğalçı İsrail rejimi türk hərbçilərinin Suriyanın Colan təpələri yaxınlığında yerləşdirilməsinə də imkan verməməyə cəhd edirlər.

“AzPolitika” “Ynet” agentliyinə istinadla bildirir ki, gələn həftə Vaşinqtonda soyqrımçı İsrail rejiminin rəhbəri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə Türkiyənin bölgədəki mövcudluğu müzakirə olunacaq.

Nəşr bildirir ki, İsrail rejimi Türkiyənin Suriyadakı bazalarından pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərini yerləşdirmək üçün istifadə edə biləcəyindən ehtiyat edir.  Bunun sərhəd müdafiə səylərini çətinləşdirəcəyiini və hərbi münaqişəyə səbəb ola biləcəyini iddia olunur.

Eks-prezident Bəşər Əsəd rejimi keçən ilin sonunda süqut etməzdən əvvəl, İsrail tərəfinin rabitə qurduğu iddia edilən Suriyanın İsraillə həmsərhəd bölgəsində Rusiya qüvvələri var idi. 

“Ynet” yazdıqlarında belə məlum olur ki, sionist rejim Türkiyənin bölgədə nüfuzunun artmasından, Ankaranın himayəsi altında Suriyanın yeni hökumətinin möhkəmlənməsindən narahatdır. Hətta İsrail rejimi "vəziyyət sabitləşənə qədər" Suriyanın ABŞ, Rusiya, Türkiyə və keçid hökumətinin iştirakı ilə müvəqqəti təsir zonalarına bölünməsini təklif edir. 

Suriyanın yeni təyin olunmuş Nazirlər Kabinetinin beş il müddətinə fəaliyyət göstərəcəyi gözlənilir. Bu müddət ərzində ölkə Konstitusiyasına lazımi düzəlişlər ediləcək və ümumi seçkilər keçiriləcək.

“AzPolitika.info”