Menu

İsveç nüvə müharibəsinə hazırlıq görür - Bu bunkerlərdə 7 milyon insanı gizlətmək olacaq

07.04.2025, 14:04
İsveç nüvə müharibəsinə hazırlıq görür - Bu bunkerlərdə 7 milyon insanı gizlətmək olacaq

Getdikcə artan Üçüncü Dünya Müharibəsi təhlükəsi fonunda İsveç yeddi milyon insan üçün nüvə sığınacaqları tikir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, İsveç sığınacaqların yenidən qurulmasına 100 milyon kron (təxminən 9 milyon avro) sərmayə qoyur.

Ölkə üzrə 64.000 belə sığınacaq var və İsveç bu baxımdan dünyada lider ölkə sayıla bilər. Bu sığınacaqlarda təxminən yeddi milyon insan yerləşə bilər, bu isə ölkə əhalisinin üçdə ikisindən çoxu deməkdir. Sığınacaqlar zərbə dalğalarından və bomba parçalarından, partlayışlardan, istilik dalğalarından, nüvə silahlarından, radioaktiv tullantılardan, kimyəvi və bioloji silahlardan müdafiəni təmin etmək üçün tikilir.

İsveç 2024-cü ilin martında NATO-ya qoşulandan bəri, ölkənin Mülki Təhlükəsizliyi Agentliyi (MSB) bunkerlərdə yoxlamaları gücləndirib. MSB nüvə sığınacaqlarının modernləşdirilməsi üzrə böyük layihənin başladığını elan edib. Bu işin iki-üç il çəkəcəyi və kimyəvi və radioloji silahlardan qorunmaq üçün filtrlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Baş nazir Ulf Kristersson yanvar ayında bildirib ki, hazırda İsveç "müharibə şəraitində deyil... amma sülh də yoxdur".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol