Menu

Kərə yağı bahalaşdı - Yeni qiymət

07.04.2025, 20:31
Kərə yağı bahalaşdı - Yeni qiymət

Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərəcədə artması narazılığa səbəb olub.

Milli.Az xəbər verir ki, alıcıların sözlərinə görə, həm yerli, həm də xarici yağların qiyməti artıb. Bir ay öncə 22 manata satılan kərə yağı artıq 24.8 manatdır. Satıcılar bildirir ki, xaricdən gətirilən kərə yağlarının bir kiloqramının qiymətində 1-4 manat arası artım var.

Azərbaycan kərə yağına olan tələbatı idxal hesabına ödəyirik. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycana 5338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843min dollar təşkil edilib. Bunlar ötən illə müqayisədə 2370 ton, dəyər baxımdan isə 21 min 287 min dollar çoxdur.

Deputat Vüqar Bayramov bildirir ki, yağın qiymət artmasının səbəbi xaricdə olan bahalaşmadır. İdxal inflyasiyası minumumlaşdırmaq üçün yerli istehsalat genişləndirilməlidir: "Kərə yağı istehsalı dövlət tərəfindən dəstəklənməlidir. Bu istiqamətdə fermerler həm faizsiz kreditlər təklif oluna bilər, həm də texniki istehsalatla bağlı güzəştlər tətbiq oluna bilər. Bu da istehsal edilən məhsulun maya dəyərini aşağı düşürə bilər".

Millət vəkili qeyd edib ki, iri buynuzlu heyvanlar məhsuldar deyil. Bu sahədə heyvanları əvəzləyə bilsək, kərə yağı ehtiyatını yaxşılaşdıra bilərik.

Şərhlər

Tarixçi 2025-04-08 10:02:24

Ölkə niyə monopolistlərə bağışlanıb.Bu monopolistlərin demək olar hamısı hakimiyyətə yaxəın adamlar olduğundan onlara qanunsuz və haram güzəştlərin olması və davam etməsi xalqın günü-gündən ağırlaşdırılan hətarını daha da dözülməz edir.Niyə bu işlərin nuzamlı olmasına məsul olan qurumlar monopolistlərlə əlbir olub səsləri eşidilmir ?Araşıran yox,tədbir görən yox.Beləliklə hara gedirik?

ƏNHU 2025-04-07 22:33:31

ÖLKƏDƏ KƏRƏ YAĞI KİMİN MONOPOLİYASI ALTINDADIRSA HƏMİN ADAMI NEYTRALLAŞDIRMAQ LAZIMDIR.Bu məsələnin sadə, tez və rahat yoludur. Bunu etmirlərsə deməli hökumət adamları bacanağın mənafeyini xalqın mənafeyindən üstün tutur. Bacanağa dəymək olmaz. İqtisadçının dedikləri isə yalandır. Dünyada kərə yağı bahalıaşıb zad eləməyib. Əksinə ucuzlaşıbdır. Günah atda yox, doğanaqdadır.

Vətəndaş 2025-04-07 19:56:50

Bu yaqların əsl kərə yağı olduğunu AQTA nə zamansa yoxlayıb?Axı satışda olan kərə yağı adı yazılan yağların əksəriyyəti qarışıq yaqlardır.Niyə buna diqqət edən tapılmır?Yalanan 82 faiz natural olduğu yazılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol