“Mən qəti şəkildə inanıram ki, aprelin 9-da bütün dünyaya qarşı bizdən tələb olunandan qat-qat yüksək tariflərə başlamaq səhv idi”.
Bunu “Pershing Square Capital Management”-in qurucusu Bill Akman deyib.
O, ABŞ Prezidenti Donald Trampın tarif qərarını “səhv” adlandırıb və bu addımın ABŞ-nin qlobal ticarətdəki mövqeyini riskə ata biləcəyi barədə xəbərdarlıq edib.
Akman Trampın bazarın enişindən danışıqlar vasitəsi kimi istifadəsinin böyük strateji səhv olduğunu söyləyib.
“Prezidentimizə bu ideyanı təklif edən hər kəs dərhal işdən azad edilməlidir”, -deyə o, qeyd edib.
Akman bu yanaşmanın onun danışıqlar gücünü zəiflətdiyini iddia etdi.
“AzPolitika.info”


Şərhlər