Menu

Norveç Ukraynaya sursat alınması üçün 415 milyon avro ayırıb

07.04.2025, 23:08
Norveç Ukraynaya sursat alınması üçün 415 milyon avro ayırıb

Norveç Ukraynanı döyüş sursatları ilə təmin etmək məqsədilə 4 milyard Norveç kronu (təxminən 415 milyon avro) ayırıb.

APA xəbər verir ki, bu haqda hökumətin mətbuat xidməti aprelin 7-də qəbul etdiyi müvafiq qərar barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, həmin vəsait Ukraynaya artilleriya mərmilərinin alınması üçün qrant şəklində Çexiyanın təşəbbüsünə veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol