Menu

“Rusiyaya ona görə rüsum tətbiq etmirik ki...” – Tramp açıqladı

08.04.2025, 10:21
“Rusiyaya ona görə rüsum tətbiq etmirik ki...” – Tramp açıqladı

ABŞ hazırda Rusiya ilə faktiki olaraq heç bir ticarət aparmır, ona görə də ona əlavə rüsumlar tətbiq etməyib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

"Rusiya ilə tarifləri müzakirə etməməyimizin səbəbi onlarla çox iş görməməyimizdir", - Tramp qeyd edib.

ABŞ Prezidenti Rusiya və Ukrayna ilə aparılan danışıqlar barədə isə çox qısa danışıb. O deyib ki, ABŞ Rusiya və Ukrayna ilə danışıqlar aparır və münaqişənin həlli üçün addımlar atır. Tramp qeyd edib ki, insan tələfatına səbəb olan davamlı zərbə mübadiləsindən “xoşbəxt deyil”: “Biz Rusiya ilə danışıqlar aparırıq, Ukrayna ilə danışıqlar aparırıq, yaxınlaşırıq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol