Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında smart televizorlar istehsal ediləcək.
“Report” bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, "Taube Electronics" MMC-yə Sənaye Parkının rezidenti statusu verilib. Rezident parka 3,5 milyon manat investisiya yatıracaq. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19 500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Şərhlər
Gülməli,ya ağlamalı.? İşə bax! Zavod açılır,orada 20 iş yeri olacaq! Özləri də televizor istehsal edəcəklər?Yaxşı.Şamaxıda televizor zavdou var idi.deyilənlərə görə bu gün də bütün avadanlıqları yerindədir.Niyə onlara imkan verilmədi ki.istehsalı davam etdirsinlər.Orada 80--dan çox daimi işçi vadı.Müasir yastı və bir çox ölçüdə televizor isthsal edirdi..2008-ci ildə dayanırıldı.Niyə?Bunun kimi yenə Şamaxıda kondisioner,paltar yuyan maşın.və digər məişət texnikası istehsal edən zavod da bağlı qalıb.Bunun səbəbi nədir?Niyə istehsal sahələrini genişlənirmək əvəzinə işləməsinə imkan verilmir?