Menu

“Türk ordusu istəsə, 72 saata Təl-Əvivə girər” – Analitikdən iddialı çıxış + VİDEO

08.04.2025, 20:25
“Türk ordusu istəsə, 72 saata Təl-Əvivə girər” – Analitikdən iddialı çıxış + VİDEO

“SONAR” araşdırma mərkəzinin rəhbəri, türkiyəli analitik Hakan Bayrakçının “CNN Türk” kanalında yayımlanan proqramdakı verdiyi açıqlamalar böyük maraqla qarşılanıb.

Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donalda Trampla görüşən İsrail Baş naziri Benyamin Netanyahunun “Suriyada Türkiyə ilə münaqişə istəmirik” açıqlamasını dəyərləndirən Bayrakçı bildirib ki, İsrailin bölgədə çəkindiyi yeganə ölkə Türkiyədir.

O, Türkiyə Silahlı Qüvvələrinin 72 saatərzində israilin paytaxtıTəl-Əvivi ələ keçirə biləciyini iddia edib.

“Türk ordusu istəsə, 72 saatda Təl-Əvivə girə bilər. Bu, nə təhdid, nə də şişirtmədir, türk millətinin və ordusunun böyük çəkindirici gücünün bariz göstəricisidir”, - deyə o, qeyd edib.

Bayrakçının bu açıqlaması sosial şəbəkələrin Türkiyə seqmentində rezonans doğurub.

“AzPolitika.info”


Şərhlər

dEPUTAT 2025-04-08 23:05:35

Beynəlxalq Hüquq (Sülh) nizamçısı BMT prinsipləri, heç bir dövlətin konstitusiyasında digərinin ərazisinə hər hansı bir təcavüz qeyd olunmayıb, oluna da bilməzdi? Uca-İlahi, ruhi-dini ədalət, heç şüurlu-insani vicdan hər hansı qarşıdurmanı, riyakarlığı, təcavüzü məqbul yox, qayda-qanun pozuntusu, ya cinayət məramı kimi təsnifatlandırır və qəbul etmir? Türkiyə təcavüzkar deyil!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol