Menu

Rus ordusu Luqanskda ciddi itkilər verib - Bir gündə 100 dən çox hərbçi həlak olub

08.04.2025, 18:17
Rus ordusu Luqanskda ciddi itkilər verib - Bir gündə 100 dən çox hərbçi həlak olub

Ukrayna ordusunun 3-cü Ayrı Təsirli Hücum Briqadası bir gündə Luqanskda 140-dan çox rus hərbçisini öldürüb.

Bu barədə briqadanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, rus ordusunun 143 hərbçisi həlak olub, daha 86-sı isə yaralanıb.

Ukrayna hərbçiləri bildirirlər ki, ruslar yeni mövqelər tutmayıb və ya əvvəl itirilən mövqeləri geri almayıblar.

Həmçinin qeyd olunub ki, Ukrayna ordusu əməliyyat zamanı PUA-lardan və topçu atışlarından istifadə edərək düşmənə ciddi itkilər verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol