Menu

Rusiya və ABŞ arasında İstanbul görüşündə Ukrayna müzakirə olunmayacaq

09.04.2025, 08:32
Rusiya və ABŞ arasında İstanbul görüşündə Ukrayna müzakirə olunmayacaq

Rusiya və ABŞ nümayəndələri 10 aprel tarixində İstanbulda keçiriləcək görüş zamanı Ukraynadakı münaqişənin nizamlanmasını müzakirə etməyəcəklər.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Təmmi Bryus açıqlama verib.

“O gündəlikdə nə siyasi məsələlər, nə də təhlükəsizliklə bağlı məsələlər olacaq. Ukrayna ümumiyyətlə gündəmdə deyil”, – deyə Bryus bildirib.

Onun sözlərinə görə, görüş zamanı yalnız diplomatik nümayəndəliklərin – səfirliklərin fəaliyyəti ilə bağlı texniki məsələlər müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol