Xəbər verdiyimiz kimi, aprelin 9-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.
Forumda dövlət başçısı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin sosial media hesabında Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsvirinə görə Rəsmi Bakıdan necə üzr istənilməsindən danışıb.
Prezident İlham Əliyev bildirib ki, əgər üzrxahlıq olmasaydı, onda Ştaynmayerin ölkəmizə səfərinin tarixi dəyişə bilərdi.
Ətraflı videoda:

Şərhlər
Azərbaycanın Almaniyadakı Səfirliyində bir ştatın "haqqı" 20 000 AZN-dən başlayır. 1-ci katib vəzifəsi 30.000 AZN-dən, müşavir 50.000 AZN-dən başlayır. İmkanlı oğlanlar USD ilə də ödəyə bilərlər. Haqq-hesab əməliyyatları Kadrlar idarəsi tərəfindən həyata keçirilir, səfir cənabları da öz xeyir-duasını verir, bir saxta imtaxan-seçki komisyyası vardır, onlar da paylarını alıb "bərəkət versin" deyirlər, cənab nazir isə sonda öz imzası və möhürü ilə son sözünü deyir. təsvir edilənlərdən heç inspektor müəllimin xəbəri də olmur, o da haqqını ayrı yollarla alır. Natural yol ilə də ödəniş mümkündür.
Səfir cənablarının başı buralarda başqa işlərə qarışıb, başı pul işlərinə möhkəm qarışıb. Berlinə çatar-çatmaz səfirliyin binasının total təmirinə girişib, konsulxana öz qaydası ilə işləyir, mədəniyyət mərkəzində bir-birilərini təkrarlayan tədbirlər keçirib büdcədən pulları silir, qohum-əqrabanın və hamisinin biznesini idarə edir... belə olan halda, cənab səfirə gündəlik vəzifə borclarını heç yetirməyə belə vaxt qalmır, günün qalan hisssini isə özünün reklamı ilə məşğul olur. əməkdaşları da çak-çuk işlərindən geri qalmayırlar. Görəsən, cənab Ağayevi buralara göndərən təşkilat, yani xarici işlər nazirliyi bu cənabın öz yaradaıcılıq fəaliyyəti ilə heç maraqlanırmı?
Təzadlar yüngül-Gülüş üçün şən-hazırcavablara aiddir! Siyasətdə (ani də olsa təhlilsiz?) ekspromt cavab müharibəyə çevrilməsə də, adətən gözlənən faydalı münasibətin qarşısını alır? İrəvandan dərhal sonra Bakı öz Münasibətini elə həmin sıfırla AFRdan mümkün əks münasibətə uzlaşdırmalı deyildimi? Sovetizm-URRAAA, admin səhvə görə üzr istədi! Ancaq, böyuk AFR bizim soydaşlarımıza münasbəti necə olacaq?
cənab Prezident, biz Almaniyada yaşıyan Azərbaycanlılar buradakı səfirliyimizdən şikayətliyik, Onun Konsulluğunda bizi çox incidirlər. Burada hər şey alınır, hər şey də satılır., həm də çox baha qiymətlərə. Bu haqda səfir Nəsimi Ağayevə də demişik, ancaq faydası yoxdur. Demək, elə bu işlərə onun özü başçılıq edir. Ümumiyyətlə, bu adam səfirdən daha çox internetdə yatan trollara bənzəyir, bütün günü özünün olmayan uğurlarını reklam edir. Ştaynamyerin səfəri zamanı hər şey üzə çıxdı. səfir AĞayevin ondan əvvəlki səfir Ramin Həsənovdan heç bir fərqi yoxdur.
cənab Prezidentə eşq olsun,bu baş verənlə AR XİN-in yenə ofsayda düşmüş oyunçu olduğunun bariz göstəricisidir. Burada bir məqam maraqlıdır: cənab Preizdent Almaniya prezidentinin regiona səfəri zamanı yaranmış insidentlə bağlı Almaniyadakı səfirimiz Nəsimi Ağayevin adını heç bir sözlə belə xatırlamır. Halbu ki, cənab səfir Ağayev Prezidentimizin Almaniyadakı səlahiyyətli nümayəndəsidir və diplomatik praktikaya uyğun olaraq, məhz səfir Ağayev Azərbaycanın etirazını operativ şəkildə qarşı tərfəin diqqətinə çatdırmalıydı. O, bunu etdimi, yoxsa onu hər iki tərəf heç ciddiyə belə almır? Maraqlıdır, görəsən, Nəsimi Ağayev baş verənlərdən umumiyyətlə agah olubmu? Olubsa, həmin vaxt cənab səfir harada və nə işlə məşğulmuş? Yoxsa Nasimi Ağayev də keçmiş sevimli patronu ELmar Məmmədyarov kimi "evdən onlayn işləyirmiş"...