Menu

Azərbaycanda orta illik inflyasiya 5.6% təşkil edib

10.04.2025, 12:12
Azərbaycanda orta illik inflyasiya 5.6% təşkil edib

2025-ci ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 faiz təşkil edib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

Şərhlər

Rafik 2025-04-10 14:29:52

Belə yalanlar kimə lazımdır və məqsəd kimi alatmaqdır? Prezidenti? Guya iqtiadiyyat irəlilyir?İmportdan tam aılı ölkədə hanı iqtiadiyyadan danəçmaq olar?belə yalanlarla hara gedirik?axı belə məlumatların yalan olduğunu hətta 2-3-cü inif uşağı da görür və bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol