Seçkidən əvvəl Ukraynadakı müharibəni dərhal dayandıracağını vəd edən ABŞ Prezidenti Donald Tramp indi Rusiya Prezidenti Vladimir Putinlə “nə vaxtsa” görüşəcəyini deyir.
“AzPolitika” xəbər verir ki, Amerika lideri Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində Putinlə görüşünün hələ nəzərdə tutulmadığını deyib.
Trampdan Putinlə Səudiyyə Ərəbistanında görüşməyə ümid edib-etmədiyini soruşduqda “nə vaxtsa” cavabını verib: "Baxarıq. Biz bu nöqtəyə çatmalıyıq".
Qeyd edək ki, Trampın Səudiyyə Ərəbistanına səfəri may ayına planlaşdırılır.
Bu kontekstdə Tramp Ukraynadakı münaqişəyə toxunub, hərbi əməliyyatların davam etməsindən təəssüfləndiyini və bunun tez bir zamanda sona çatmasının tərəfdarı olduğunu deyib: "Biz bu nöqtəyə tez çatmalıyıq. Mən Rusiya və Ukrayna arasında razılaşmanın olmasını istəyirəm. Onlar razılığa gəlməlidirlər. Ümid edirəm ki, biz Rusiya və Ukrayna ilə razılaşa bilərik".
“AzPolitika.info”

Şərhlər
Vaxt keçdikcə adama elə gəlir ki, sanki Trampın normal bir planı olmayıb. İndi də nə edirsə "по пути", "tutar qatıq, tutmaz ayran", "dəliyəm dərdimi çəkin" prinsipi ilə hərəkət edir. Hər ağzını açanda blef yanıyor.