Bu gün səhər saatlarında Rusiya ordusu 145 ədəd İran istehsalı “Shahed-136/131” pilotsuz təyyarələri ilə Ukrayna şəhərlərinə hava zərbələri endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücumlar zamanı 85 ədəd “Shahed” PUA-sı Ukraynanın qüvvələrinin müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Qeyd olunub ki, Rusiya Ukraynanın Donetsk, Xarkov, Kiyev, Xmelnitski, Poltava və Nikolayev vilayətlərini hədəfə alıb.
"AzPolitika.info"


Şərhlər