Vətəndaşların bank kartlarından 24864 manat kiber üsulla oğurlanıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 15650, 2000, 1400, 1020, 1000, 999, 995, 680, 470, 400, 150, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edilib: "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".


Şərhlər
Bu məsələdə bank işçilərinə diqqət etmək vacibdir.Çünki bu qədər oğurluqlar onlarsız mümkün sayıla bilməz.Bir də diqqət edin hansı bankların kartlarına təcavüz olunur? İkinci tərəfdən isə əmanətlərin qorunmasında boşluqlara diqqət edilməli və aradan qaldırılmalıdırÇünki bu məsələ artıqmütəşəkkil hal alır.Vətəndaşlar bu qədər səhlənkarlıq edə bilməz.Məsələ hesablara girişi olan bank işçilərinin üzərində qalır.Buna ciddi iqqət edilməlidir.
Onlayn kredit ləgv edilməlidir.