İran və ABŞ arasında illərdir həll olunmayan nüvə böhranı üçün tarixi bir addım atılıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqani sosial media hesabından etdiyi paylaşımda Omanda başlayacaq dolayı danışıqların yeni raundu öncəsi Vaşinqtona aydın mesaj göndərərək “Biz diplomatiyaya real şans veririk” deyib.
“Biz heç bir ön mühakimə və ya proqnoz vermirik. Şənbə günü qarşı tərəfin niyyətini və ciddiliyini qiymətləndirəcək, ondan sonra addımlarımızı buna uyğun təyin edəcəyik. ABŞ bu şansı əldən verməməlidir”, -deyə o, qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar sabah Omanda başlayacaq. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçı, ABŞ tərəfinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.
"AzPolitika.info"

Şərhlər
Ticarət rəqabəti Avropa mərkəzlərini ABŞı çox yaxın enerji layihələri ilə birgə *İslam inqlabı* regiondan uzaqlaşdırmadımı? 11 sentyabr təxribatı da ABŞnın neftli ərəb ölkələri ilə yaxın əlaqələrini qarşı deyildimi?