Menu

DİN bank kartları ilə bağlı növbəti dəfə vətəndaşlara çağırış edib

11.04.2025, 21:43
DİN bank kartları ilə bağlı növbəti dəfə vətəndaşlara çağırış edib

Bu gün vətəndaşların bank kartlarından 10725 manat kiber üsulla oğurlanıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.

O, qeyd edib ki, bu gün 7450, 1650, 900, 445, 102, 70, 62, 46 manat pul vətəndaşların bank kartlarından kiber üsulla oğurlanıb:

“Pullar ona görə oğurlanıb ki, məxfilik daşıyan, şəxsi məlumatları naməlum şəxslər aldadıb alıblar. Cinayətkar üçün məbləğin fərqi yoxdur, hesabda nə varsa, talayır. Bir daha xatırladırıq: naməlum şəxslərlə bank kartları ilə əlaqəli olan danışıq aparmayın, yazışmayın və bloklayın”.

Şərhlər

Elşən 2025-04-12 00:31:03

Vətəndaşlara yox Banklara xəbərdarlıq etmək lazımdı , necə olur ki ,Bankın kartlarına müdaxilə olunur oğrulara şəraiti yaradan oğurluq edən banklardır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol