ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibələri əks nəticə verib.
Belə ki, aprelin 2-də qəbul edilən gömrük vergisi qərarı ilə ABŞ birjalarında trilyonlarla dollar buxarlanarkən, ABŞ xalqının Trampın vergi siyasətinə heç bir etimadının olmadığı aydın oldu.
Məlumata görə, ABŞ-nin İstehlakçı Güvən İndeksi bu ay 11 faiz azalaraq 50,8 faizə düşüb. ABŞ-nin Miçiqan Universitetinin araşdırmasına görə, bu məlumat həm də 1952-ci ildən bəri qeydə alınan ikinci ən aşağı dəyər olub.
Həmçinin istehlakçıların qısamüddətli inflyasiya gözləntiləri apreldə 5%-dən 6,7%-ə yüksələrək 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Qısamüddətli inflyasiya gözləntilərinin ardıcıl 4 ay ərzində 0,5 bənd və ya daha çox artması diqqət çəkir. Uzunmüddətli inflyasiya gözləntiləri də 1991-ci ildən bəri ən yüksək dəyər olan 4,1 faizdən 4,4 faizə yüksəlib.
"AzPolitika.info"


Şərhlər