Menu

"Moskva sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır" - Lavrov

12.04.2025, 17:03
"Moskva sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır" - Lavrov

Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə kömək etməyə hazırdır.

“Report” Rusiya Xarici işlər Nazirliyinə istinadən xəbər verir ki, bunu XİN başçısı Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.

"Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh sazişinin imzalanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb", - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol