Menu

Tacikistandakı zəlzələ daha iki ölkədə hiss olunub

13.04.2025, 10:48
Tacikistandakı zəlzələ daha iki ölkədə hiss olunub

Tacikistanda qeydə alınan 5,9 bal gücündə zəlzələ daha iki ölkədə hiss olunub.

“Report” xəbər verir ki, Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi Çimkent və Taraz şəhərlərində üç bal, Türküstanda iki bal intensivliyi ilə, habelə onlara ən yaxın yaşayış məntəqələrində iki-üç bal intensivlikdə yeraltı təkanlar qeydə alıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Mərkəzinin məlumatına əsasən, Tacikistandakı güclü zəlzələ ölkədə 3 bala qədər hiss edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol