ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranını hazırkı prezident Co Baydenin administrasiyasının müharibəsi adlandırıb və onun bu savaşı dayandırmaq istədiyini bildirib.
APA xəbər verir ki, bu barədə Tramp Ağ Ev jurnalistləri ilə təyyarəsində söhbət zamanı vurğulayıb.
"Bu, Baydenin müharibəsidir. Bu, mənim müharibəm deyil. Bu, Bayden dövründə başlayan bir müharibədir. Mən sadəcə onu dayandırmağa çalışıram ki, çoxlu sayda insan həyatını xilas edə bilək", – Tramp Ağ Ev jurnalistləri ilə təyyarəsində söhbət zamanı vurğulayıb.
"Amma unutmayın, bu, Baydenin müharibəsidir. ", – deyə Tramp əlavə edib.


Şərhlər
Bu sanki amerikanın yox ancaq respublikaçıların başçısıdır... Sən seçkilərdə iştirak edəndə bilirdin ki, amerikada hansı problemlər var və onların həllinin məsuliyyəti də seçkini udanın üzərindədir.
Yoxsa bu nə düşük yanaşmadır:" mənlik deyil , baydenin davasıdır"... Buna kim səs verib? amerikalılar nə gündəymış...