“Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX Qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib. Partiya Nizamnaməsinin tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.
“AzPolitika” xəbər verir ki, bunu parrtiya sədrinin müavini Mütəllim Rəhimli bildirib.
Onun sözlərinə görə, qurultayın vaxtını təyin etmək və müvafiq məsələləri müzakirə etmək üçün aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub. “İclasda partiyanın mərhum sədri İlyas İsmayılovun siyasi irsinin davam etdiriləcəyi bəyan olunub”,- M.Rəhimli vurğulayıb.
“AzPolitika.info”


Şərhlər