Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində 4000-dən çox yük maşını qalıb.
“AzPolitika” Rusiya dövlət mediasına istinadla bildirir ki, hava şəraiti ilə əlaqədar sərhədin bu hissəsində nəqliyyatın hərəkətinə qadağa qoyulub.
Qeyd edək ki, həmin Gürcüstan magistralı Rusiya, Gürcüstan və Ermənistanı birləşdirən yeganə marşrutdur. Məlumatda yük avtomobillərinin əhəmiyyətli hissəsinin erməni iş adamlarına məxsus olması da qeyd olunur.
“AzPolitika.info”


Şərhlər