Menu

Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb

14.04.2025, 20:17
Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb

Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qida zəhərlənməsi diaqnozu ilə daha bir nəfər - 2005-ci il təvəllüdlü F.Cabbarov da xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl 1990-cı il təvəllüdlü N.Cabbarova, 2001-ci il təvəllüdlü J.Tamirazova, 2007-ci il təvəllüdlü N.Quliyeva, 1988-ci il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol