Menu

Azərbaycanda mənzillər 14%-dən çox bahalaşıb

15.04.2025, 15:41
Azərbaycanda mənzillər 14%-dən çox bahalaşıb

2025-ci ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin I rübünə nisbətən 14.4% bahalaşıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 12.9%, təkrar mənzil bazarında isə 14.4% artıb.

Qeyd edək ki, cari ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 4.4%, o cümlədən ilkin mənzil bazarı üzrə 2%, təkrar mənzil bazarı üzrə 4.5% artıb.

Şərhlər

Elşən 2025-04-15 20:11:42

1 il ərzində 25% daşınmaz əmlak bazarında və digər sahələrdə ərzaqdan artım var bu yalan məlumatlar verirlər ancaq əmək haqqı artmadı xalqı dilənçi halına salıblar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol