Menu

“Bu ölkədə necə yaxşı idarəetmə sistemi ola bilər?!” – Paşinyan öz hökumətini tənqid edib

15.04.2025, 17:27
“Bu ölkədə necə yaxşı idarəetmə sistemi ola bilər?!” – Paşinyan öz hökumətini tənqid edib

“Müxalifət idarəçilik keyfiyyətindən narazıdırmı? Bəli, mən hökumətin işinin keyfiyyətindən, Nazirlər Kabinetinin, parlament çoxluğu idarəetmənin keyfiyyətindən narazıyam”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentin iclasında hökumətin 2024-cü il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələrinə dair hesabatın təqdimatı zamanı deyib. "Amma gəlin açıq danışaq. Şəhər və kəndlərinin əksəriyyətində uşaq bağçası olmayan, məktəbləri bərbad vəziyyətdə olan bir ölkədə necə yaxşı idarəetmə sistemi ola bilər? Kəndlərə, rayonlara gedin, məktəblərimizin vəziyyətinə baxın, görün, övladlarımız 30 ildir hansı məktəblərdə oxuyublar. Budur, sualınızın cavabı. Biz fədakarcasına təhsil sisteminə sərmayə qoymalıyıq. Təəssüf ki, eyni səbəbdən 300 normal məktəb tikə bilmirik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol