Azərbaycanda əhali artımı davam etsə də, son 10 ildə doğum 60 faiz azalıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb. Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olmuşdu.
Əgər 2023-cü ildə ölkədə 112 min 620 uşaq doğulmuşdusa, 2024-cü ildə bu rəqəm 102 min 310 olub.
Ölkədə doğum son 10 ildə isə daha kəskin şəkildə azalıb. Doğum nə az-nə çox, düz 60 faiz azalıb. 2014-cü ildə Azərbaycanda 170 min 503 uşaq doğulmuşdu.
Bütün bunlarla belə, əhalinin ümumi sayında, az da olsa, artım davam etməkdədir. İlin əvvəlindən ölkə əhalisinin sayı 5 min 777 nəfər və ya 0.1 faiz artaraq 2025-ci il martın 1-də 10 milyon 230 min 666 nəfər təşkil edib.
2014-cü ilin sonunda, rəsmi rəqəmlərə görə, Azərbaycanda 9 milyon 593 min insan yaşayırdı.
“AzPolitika.info”


Şərhlər
Deyirsiniz doğum azalıb.Ölənlərin sayının artımına şübhə yoxdue.Bəs belə halda təbii artım haradan yaranır?Siz dediyinizi düşünə bilirsiniz?Belə yalan.əsassız məlumatları möhtərəm Prezidenti aldatmaq üçün verirsiniz7Axı hələ ölkəni tərkedənlərin sayı? Sadəcə iş üçün xaricə köç edənlərin sayı?Axı təxminən Azərbaycanda indi haradasa 6-7 milyon əhali qalıb ki,onların da 65-70 aizi işsizlik və dolanış çətinkliyindən Bakıda cəmləşib.niyə həqiqi rəqələri unudub.xəyali rəqəmlərlə işlədiyinizi göstərmək istəyirsiniz?
Pulsuzluqdan millət ... ağlın varsa evlənmə , uşaqları bədbəxt eləməyin, çünki bura Azərbaycandır