Menu

Koçaryanın oğlu ilə bağlı qərar verildi - “Külli miqdarda rüşvət və..."

23.10.2026, 11:28
Koçaryanın oğlu ilə bağlı qərar verildi - “Külli miqdarda rüşvət və..."

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryanın məhkəməyəqədər həbs müddəti daha iki ay uzadılıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə erməni mediası İrəvan məhkəməsinin qərarına istinadla məlumat yayıb.

Məhkəmə istintaq orqanının həbsin uzadılmasına dair vəsatətini təmin edib.

Koçaryanın vəkili məhkəmə binasının qarşısında mediaya qərar barədə məlumat verib.

Sedrak Koçaryan, atası Robert Koçaryanla birgə cinayət işində əsas təqsirləndirilən şəxsdir. Hər ikisi vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət almaq kimi maddələrlə ittiham olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol