Menu

Fransa və Əlcəzair arasında gərginlik - 12 diplomat ölkədən çıxarılır

16.04.2025, 00:32
Fransa və Əlcəzair arasında gərginlik - 12 diplomat ölkədən çıxarılır

Fransa hökuməti Əlcəzairin analoji addımına cavab olaraq bu ölkənin 12 diplomatik və konsulluq nümayəndəsinin ölkədən çıxarılmasına qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı “France 24” yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Parisdə müxalifət lideri Amir Buxorsun oğurlanması ilə əlaqədar saxlanılan Əlcəzair konsulluğunun əməkdaşına görə Əlcəzair tərəfi 12 fransız diplomatı ölkədən çıxarmışdı.

Hazırkı qarşılıqlı addımlar Fransa və Əlcəzair arasında diplomatik münasibətlərdə gərginliyin artmasından xəbər verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol