Menu

“Həyasızcasına NATO və Avropa İttifaqının sərhədlərinə yaxınlaşdıran Rusiya...” – Narışkin hədələdi, Polşa cavab verdi

16.04.2025, 12:59
“Həyasızcasına NATO və Avropa İttifaqının sərhədlərinə yaxınlaşdıran Rusiya...” – Narışkin hədələdi, Polşa cavab verdi

Ötən gün Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşa və Baltikyanı dövlətləri hədələyən bəyanatla çıxış edib. 

O deyib ki, NATO-Rusiya hərbi qarşıdurması olacağı halda ilk zərbəni alan ölkələr məhz Pribaltika dövlətləri və Polşa olacaq: “Əgər NATO Rusiya-Belarus İttifaq dövlətinə qarşı hərbi addım atsa, birinci zərbə ilə bu ölkələr üzləşəcəklər”.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Polşa Prezidenti Anjey Duda Zaqrebdə Narışkinin hədələrinə cavab verib. O deyib ki, Rusiya kəşfiyyatının rəhbəri Polşa və Baltikyanı ölkələri hədələyən klassik rus dezinformasiyasını yayır.

Dudanın fikrincə, bu bəyanat “sovet təbliğat məktəbinə xas olan klassik rus dezinformasiyasının” nümunəsidir: "Bunu öz nüvə silahlarını Belarusa yerləşdirən, həyasızcasına NATO və Avropa İttifaqının sərhədlərinə yaxınlaşdıran Rusiya deyir. NATO-ya qarşı aqressiv davranan, özünün qəddar və qaniçən imperializmini həyata keçirən Rusiya son üç ildə Ukraynaya hücum edir".

O, həmçinin vurğulayıb ki, NATO sırf müdafiə ittifaqıdır: "NATO-nun etdiyi hər şey Rusiyanın təcavüzünə cavabdır... NATO heç vaxt heç kimə hücum etməyib və heç kimə hücum etmir, bu, müstəsna olaraq təhlükəsizliyi dəstəkləyən alyansdır".

“AzPolitika.info”

Şərhlər

Eli 2025-04-16 13:09:02

Rusiyanı qudurdan ancaqTrampdır ki neye görese Putine dayanmadan açıq açığına yaltaqlanlr,eslinde o usteseydi Russiyanı çixdan tarımcan etmişdiler artlq gecdur bu qudyrmuş iti tutub saxlamaqçix çetin olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol