Azərbaycan və Rusiya arasında milli məkan infrastrukturunun qurulması ilə bağlı müzakirələr aparılıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.
“Ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.


Şərhlər
Bunlar nə həyasız adamlardır. Üzlərinə tüpürüb qapıdan qovursan yenə də hırıldayıb geri qayıdırlar. İndi də rus evinin şpiyonlarını milli məkan adlı struktur qurub ora köçürmək istəyirlər. Nə həyasız, nə sırrtıq, nə sürtük şeylərdi. Biz bunlardan yaxamızı nətəri qurtaraq ay başınıza dönüm sizin?