Menu

Bu il Xocavəndə ilk köç nəzərdə tutulur

17.04.2025, 11:22
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur

Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur.

Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır:

“Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol