“TuranBank” ASC-nin Korporativ Bankçılıq üzrə Baş direktor vəzifəsinə təyinat olub.
İqtisadiyyat.az xəbər verir ki, bu vəzifəyə Eldar Fərəcov təyin olunub.
O, bundan əvvəl Müştəri xidmətləri departamentinin direktoru vəzifəsini icra edib.
Bank sektorunda 16 illik təcrübəyə malik olan E.Fərəcov 2017-2018-ci illərdə “TuranBank”da İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb.


Şərhlər