Menu

Kolumbiyada neft kəməri partladılıb

18.04.2025, 11:34
Kolumbiyada neft kəməri partladılıb

Kolumbiyanın şimalında Arauka departamentində yerləşən ən böyük neft kəmərlərindən biri hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV neft kəmərinin operatoru olan “Cenit” şirkətinə istinadən məlumat yayıb.

"Hücum nəticəsində neft sızması baş verib. Mütəxəssislər nəticələrin aradan qaldırılması üçün hadisə yerində işləyirlər", - məlumatda bildirilib.

Qeyd olunub ki, hücumun bu bölgədə fəal olan "Milli Azadlıq Ordusu"nun (ELN) döyüşçüləri tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol