Menu

Neft bahalaşır - Səbəb açıqlandı

18.04.2025, 18:24
Neft bahalaşır - Səbəb açıqlandı

Davamlı ucuzlaşmadan sonra dünya bazarında neftin qiymətində artım müşahidə olunmağa başlayır.

“AzPolitika” xəbər verir ki, “Trading Economics”-in məumatına görə, neft qiymətləri ABŞ-nin İrana qarşı ötən gün sanksiyaları sərtləşdirməsi səbəbindən yüksəlir.Son 5 gündə “Brent” markalı neftin qiyməti 7% artaraq 67 dollar/barelə çatıb. WTI 3% bahalaşaraq 67,9 dollar olub.

Yeni sanksiyalar İranın neft ixracını məhdudlaşdırır və qlobal təklifin azalması ilə bağlı narahatlıqları artırır.

Nefti bahalaşdıran digər faktor ABŞ və Aİ arasında ticarətdə tariflərin yumşaldılması gözləntisidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol