Menu

43 yaşlı qadın boğularaq öldürüldü - saxlanılan var

27.10.2026, 12:37
43 yaşlı qadın boğularaq öldürüldü - saxlanılan var

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb, qohumu şübhəli qismində saxlanılıb.

"AzPolitika" "Report"a istinadla xəbər verildi, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzən şəhərində yaşadığı evdə boğaraq öldürməkdə şübhəli bilinir.

Əməli törətməkdə şübhəli bilinən N.Ağamalıyev polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol