Menu

MİRSALEH SEYİDOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Penitensiar xidmətə yeni rəis təyin edildi + DOSYE

27.10.2026, 13:11
MİRSALEH SEYİDOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Penitensiar xidmətə yeni rəis təyin edildi + DOSYE

Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub.

O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini başa vurub. 2011-ci ildə isə həmin universitetdə beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsil alaraq fərqlənmə diplomu əldə edib.

Sahib Rzayev əmək fəaliyyətinə daxili işlər orqanlarında başlayıb və 2006-cı ilədək müstəntiq vəzifəsində çalışıb.

2006–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən şöbə, idarə və baş idarə rəisi kimi fəaliyyət göstərib.

2025-ci ilin yanvarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini təyin olunan Sahib Rzayev həmin ilin iyulundan idarənin rəisi vəzifəsini icra edib.

O, yeni təyinatadək bu vəzifədə çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol