Menu

Kreml Vaşinqtonun Ukrayna və NATO ilə bağlı mövqeyini alqışlayır

21.04.2025, 15:33
Kreml Vaşinqtonun Ukrayna və NATO ilə bağlı mövqeyini alqışlayır

Ukraynanın NATO üzvü olmayacağı barədə Vaşinqtonun bəyanatları Moskva tərəfindən razılıqla qarşılanır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ukraynanın NATO-ya üzvlüyünün istisna təşkil etdiyini Vaşinqtondan müxtəlif səviyyələrdə eşitmişik. Şübhəsiz ki, bu, bizdə məmnunluq doğurur və Ukraynanın NATO üzvü olmaması və Şimali Atlantika Alyansı ilə inteqrasiya perspektivlərinə malik olmaması barədə mövqeyimizlə üst-üstə düşür. Çünki əks halda bu, Rusiya Federasiyasının milli maraqlarına təhlükə yarada bilərdi", - D.Peskov qeyd edib.

O, Ukraynanın NATO-ya can atmasının münaqişənin əsas səbəblərindən biri olduğunu xatırladıb.

Şərhlər

Bəhrami 2025-04-21 17:23:44

Kremlin özünə aid SSSRİ, eləcə də Ukraynanı azad buraxmasından 33 il keçib və hələlik Kremlin müharibəsi Ukrayna ilə NATOnu bir alyansa məcbur edə bilməyib? Ukrayna NATOya üzv olmamaq zəmanəti verərsə, Kreml Ukraynanın hərbi işğalından geri çəkiləcəkmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol