Menu

Rus ordusuna məxsus PUA vurulub – 7 milyon dollar qiyməti var + VİDEO

21.04.2025, 16:21
Rus ordusuna məxsus PUA vurulub – 7 milyon dollar qiyməti var + VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Forpost” zərbə və kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri tərəfindən video yayımlanıb.

Məlumata görə, hadisə bu gün Ukrayna səmasında baş verib.

Qeyd olunur ki, PUA 4 km hündürlükdə olan zaman zərərsizləşdirilib.

Bildirilib ki, KAB-20 hava bombaları və raketlər daşıyan PUA-nın qiyməti 7 milyon dollardır.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol