Menu

Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb

22.04.2025, 09:45
Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11 min 206,4 ton duru bitki yağları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 13 min 115,7 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 18,4 % çoxdur.

Aprelin 1-nə ölkədə 3 min 673,8 ton duru bitki yağı, 3 min 94,1 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar da illik müqayisədə müvafiq olaraq 24,8 % az və 8,8 % çoxdur.

Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.

Şərhlər

Vətəndaş 2025-04-22 15:04:24

Bu "yağların"mənşəini açıqlamağa böyük ehtiyac var.Axı Azərbaycanda bu qədər xammal əkilmir.becərilmir və xaricən də gətirilmir.Bəlkə bu "yalar"kimyagərlərin məhsuludur?Belə halda xalqa nə yediririk?AQTA bunu araşdırıbmı?Bunu kim açqlayacaq?Axı bu ciddi məsələdir.Xalqı kimya ilə nə qədər zəəhərləmək olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol