Menu

Deputat tanış və tapşırıqla vəzifələri ələ keçirənlərdən danışdı – VİDEO

22.04.2025, 20:44
Deputat tanış və tapşırıqla vəzifələri ələ keçirənlərdən danışdı – VİDEO

“Həm Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinatı məsələsində çatışmazlıqlar var. Orqan rəhbərlərinin xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən şəxsləri müqavilə əsasında işdə saxlayır...Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır".

"AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Hesablama Palatasında həyata keçirilən dövlət qulluğuna qəbul prosesi digər qurumlarda da tətbiq edilməlidir: "Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır. Bu da müqavilə ilə çalışan işçilərin himayədarlığı ilə bağll məsələdir. Belə ki, çox savadlı və hazırlıqlı olsa da, müsahibə mərhələsində müqaviləli işləyənlərə uduzan namizədlər var. Ona görə də dövlət qulluğuna qəbulun müsahibə mərhələsində maraqlı orqanın təmsilçiləri komissiyanın tərkibindən çıxarılmalıdır”.

O bildirib ki, bu gün müsabiqədə yüksək nəticə əldə edən şəxslər müsahibədə müqaviləli işçilərə uduzur: “Ömrünü dövlət qulluğuna hazırlaşmağa həsr edən Azərbaycan gənci bu səddi aşa bilmir. Ehtiyat kadrların təyinatı məsələsində 2 illik müddət bir daha gözdən keçirilməlidir. DİM-ə səlahiyyət verilsin ki, harada vakansiya varsa, gənclər həmin vəzifələrə göndərilsin”.

Şərhlər

Rasim Quliyev 2025-04-22 23:49:47

Ata harda işləyitsə övladda mütləq orda işləyəcək.Siz hələ bir bu məsələni həll edin sonea danışın.

Bəhi 2025-04-22 22:58:36

Ay Deputat Tanış-tapışırıqsız necə təyin, yuxarı-quhum, aşağı əqrəbasız necə qazancla *işləmək* olar? Burada əsasən qabiliyyətli əməyi seçilən-yüksək ədalətlə öödənməyənlər xaricdə işləyirlərsə də, elə bütün dünyada bilişsiz-tanış-tapşırıqsı İş yoxdur, varsa da çətin ki, tam azad işini ən effektiv işini belə çətin ki, tam fərqlə (yüksək) ödəsinlər? Əlbəttə, hər iş və ilk təyinatlar heç də qabiliyyətə görə üst səlahiyyətlilərin özəl seçimi və bağlanırsa müqaviləsi ilə şərtlənir? Hələ SSRİ dövründən İşə götürən dəfələrlə yüksək keyfiyyətli iş və ya məhsul alırsa belə illərlə daha aşağı keyfiyyətldə və az miqdar-səviyyədə işi də eyni, kənar əsaslarla yüsək də ödəyən rəhbərlər, illər də olub? Görməməzlik, qabiliyəti saymamazlıq, eyniləşdirmə azarı ilə işi poulması və səmərəsinin yoxluğuna da endirir? Qlobrəqabətli Süni intellekt şüarlılar fərqli proqramçıları xaricdən ikiqat maaş və iş zəmanəti ilə ölkəyə çağırmırlar?

Cabir vəlitev 2025-04-22 18:05:26

Guya Fəzil Mustafayev Amerika açıb?Bir ailədən 5 general,bir ailənin 3 üzvü, qohumlardan ibarət dəstələrin yüksək və yuxarı vəzifələrə yerləşdirilməsinin Azərbaycanda illərdir tətbiqi,onların 15-20 il eyni vəzifələrdə saxlanılması və bunun Azərbaycanın Hüquq mühafizə,iqtisadiyyat və idarəçilik siyasətinə vurduğu zərbələrin ağırlığını Azərbaycan xalqı çəkib və çəkməkdəir.Bu hakimiyyətin kadr siyasətinin Azərbaycan xalqına vurduğu hələ ən adi,mənəvi və maddi zərbədir.

Watchman 2025-04-22 13:52:57

Hələ indi ayılmısız? Nə tez

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol