“Gözlənilən İstanbul zəlzələsi qapıdadır. Millətimiz, bütün qurum və təşkilatlarımız hazırlıqlı olmalı, mümkün İstanbul zəlzələsini ən az itki ilə sovuşdurmalıyıq”.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
Kurtulmuş zəlzələdən zərər çəkən vətəndaşlara “keçmiş olsun” diləklərini çatdırıb.
Ölən və yaralananlarla bağlı hər hansı bir xəbərin olmadığını deyən Kurtulmuş daha sonra bildirib:“Ümid edirik ki, bu zəlzələ təsirsiz ötüşəcək. Millət olaraq daha böyük bir təhlükəni geridə qoymuş olacağıq” .
“AzPolitika.info”


Şərhlər