Menu

Netanyahu növbəti dəfə İranı hücumla hədələyib

24.04.2025, 08:54
Netanyahu növbəti dəfə İranı hücumla hədələyib

İsrailin baş naziri Benyamin Netanyahu İranı növbəti dəfə hücumla hədələyib.

APA xəbər verir ki, o, ABŞ-la nüvə danışıqları aparan İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarını deyib.

Netanyahu “Beynəlxalq Holokost Qurbanlarını Anma Günü” münasibəti ilə keçirilən tədbirdəki çıxışında Qəzza zolağına və ABŞ-la nüvə danışıqları aparan İrana hücumlardan danışıb.

"İran nüvə silahı əldə edərsə, nə olacaq bilirsinizmi? Bizimlə Tehran arasındakı mübarizə bütün azad cəmiyyətlərin taleyini həll edəcək. İsrail uduzsa, növbə Qərb dövlətlərinə çatacaq. Bu, onların gözlədiyindən də sürətlə baş verəcək", - Netanyahu bildirib.

Şərhlər

Mehman 2025-04-24 09:09:59

qardaş qardaşa hücum edən deyil. iran 1000 raket buraxdı 1 nəfər yəhudini öldürmədi. bu qardaş sevgisi deyil NƏDİ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol