Menu

Kiyevə kütləvi raket hücumu - 10 ölü, 100-ə yaxın yaralı var + FOTOLAR

24.04.2025, 09:48
Kiyevə kütləvi raket hücumu - 10 ölü, 100-ə yaxın yaralı var + FOTOLAR

Rusiya ordusu bu gecə müharibə başlayandan bəri Ukraynaya qarşı ən dağıdıcı raket hücumlarından birini həyata keçirib.

"AzPolitika" xəbər verir ki, Kiyevdə şəhərin 4 müxtəlif bölgəsində ən azı 10 yanğın baş verib. Paytaxta qarşı 6 "İskəndər-M", KN-23 ballistik raketləri, 6 "Kalibr" qanadlı raketi atılıb və 10-dan artıq "Şahed" drondan zərbə endirilib.

Bundan başqa Xarkova 7 qanadlı raket, Pavloqraya 3 "İskəndər-M", KN-23 ballistik raket və 3 qanadlı raket atılıb.

Zərbələrin başlıca hədəfi paytaxt Kiyev olub. Şəhərdə 10 nəfərin öldüyü,100-ə qədər adamın yaralandığı bildirilib.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Ulrayna liderini sülhə mane olmaqda, təxribatşılıqda ittiham etmişdi.

Rasim

"AzPolitika.info"




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol