Menu

Özbəkistan Gülnarə Kərimovadan daha 95 milyon dolları geri aldı

24.04.2025, 17:53
Özbəkistan Gülnarə Kərimovadan daha 95 milyon dolları geri aldı

Özbəkistan sabiq prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus olan və İsveçrədə müsadirə edilmiş 95 milyon dollar məbləğində vəsaiti geri qaytarıb.

"İnterfaks"a istinadla verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fozilkarimov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 131 milyon dolların qaytarılması barədə razılıq əldə olunub. Bundan əvvəl İsveçrədən gələn vəsaitin 87 milyon dolları səhiyyə və təhsil sahələrinə yönləndirilib.

Hazırda Belçikadan 108 milyon dolların qaytarılması üçün də işlər görülür. Ümumilikdə, Özbəkistana qaytarılacaq vəsaitlərin məbləği 313 milyon dollara çatacaq.

Vəsaitlər BMT-nin "Uzbekistan Vision 2030" çoxtərəfli fondunun xətti ilə ölkəyə qaytarılır və əsasən əhalinin sosial rifahını artıran layihələrə sərf olunacaq.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən etibarən korrupsiya, reket və vergi yayınması səbəbilə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib. Onun barəsində aparılan istintaqlar nəticəsində 1.3 milyard dollardan çox vəsaitin digər ölkələrdən geri qaytarılması planlaşdırılır. (Oxu.az)

Şərhlər

Eli 2025-04-24 18:09:47

Başa düşmek olmur öz doğma övladını terbiyye ede bilmeyen şexsler nece olur ki Millete yzun iller rehberlik edir ve hetta bezileri "Millet Atası" adını qazanırlar,çox maraqludur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol